AFFA rəsmisi Almaniya millisinin oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.
 
Newsport.az-in məlumatına görə, o, mayın 19-da keçiriləcək A qrupunun Almaniya - Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.
 
Məhərrəmov daha əvvəl B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya qarşılaşmalarında iş başında olub.
 
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-də başa çatacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right