Leandro Andrade: "Məqsədim "Qarabağ"la daha çox titullar qazanmaqdı"

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam təmsilçisinin çempionluq tədbirində jurnalistlərə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Kape Verde millisinin üzvü "köhlən atlar"la çoxlu titullar qazanmaq istədiyini bildirib:

"Qarabağ"a gəlişimlə həm yeni şeylər öyrəndim, həm də gəlişimi uğurlu saymaq olar. İndi də çempionluğun dadını çıxarırıq. Ümid edirəm ki, uğurların davamı gələcək. Bu, hələ başlanğıcdır. Məqsədim "Qarabağ"la daha çox titullar qazanmaq, öyrənmək və inkişaf etməkdir". 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right