Maksim Medvedev: "Çempionlar Liqasında da tarix yazmaq istəyirik"

"Qarabağ"ın kaiptanı Maksim Medvedev ölkə çempionluğu münasibətilə təşkil olunan tədbərdə jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az 32 yaşlı müdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

- "Zirə" oyunundan da yaxşı nəticə ilə dönmək fikrimiz var. İstəyirik ki, "qızıl dubl" edək. Keçən il alınmadı. Amma bu il əlimizdən gələni edəcəyik ki, hamıya da sübut edək ki, Azərbaycanda ən yaxşı komanda bizik və bu, alındı. İnanıram ki, gələcəkdə daha yaxşı, daha perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq.

- Çempionlar Liqasında mübarizə aparacaqsız. Nə gözləyə bilərik sizdən?

- İlk növbədə çalışacağıq ki, Avstriyada yaxşı toplanış keçək. İnanıram ki, uşaqlar hara getdiyimizi dərk edir. Orada səhv etməyə haqqımız yoxdu. İstəyirik ki, azarkeşlərimizi sevindirək və daha da irəli gedək. Çempionlar Liqasında da tarix yazmaq istəyirik. Biz bunu dərk edirik. Baş məşqçi ilə də söhbətimiz olub. Artıq indidən biz onu fikirləşməliyik. Çünki hər kəsə ÇL-də oynamaq nəsib olmur. Bu fürsətdən maksimum istifadə etməliyik. Klubumuzu və öz adımızı daha da yüksəltməliyik.

- Belə fikirlər var ki, bu ilki "Qarabağ" əvvəlkilərdən daha güclüdü. Siz bu fikirlərlə razısız?

-  Mən də razıyam. Builki komanda ən yaxşı komandadı. Çünki, hərtərəfli mübarizə apara bilirik, heyətimiz genişlənib. Tək futbolçular yox, bilmədiyiniz şeylər var ki, onlar da çoxalıb. Ona görə də nəticələr gəlir. Düzdü, 8 dəfə çempion olmuşam və mənim üçün böyük nailiyyətdi. Komandada elə bəzi gənclər var ki, onlar ilk dəfədi çempion olub. Onları da təbrik edirəm. Allah qoysa, onların axırıncı çempionluğu olmayacaq, "Qarabağ"la yenə də çempionluqlar yaşayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right