"Neftçi"nin sabiq futbolçusu Afrika ölkəsi tarixinin rəmzi komandasına düşüb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Syerra-Leone tarixinin rəmzi komandasını açıqlayıb.
 
Newsport.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə “Neftçi”nin sabiq futbolçusu Culius Vobay da düşüb.
 
Qeyd edək ki, 38 yaşlı keçmiş yarımmüdafiəçi 2012 - 2015-ci illərdə “Neftçi”nin formasını geyinib. O, bir dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan Kubokunun qalibi olub və 2012-2013 mövsümündə "Neftçi"nin heyətində Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right