“Bursaspor” Namik Ələskərovla müqaviləyə xitam verir

“Bursaspor” Azərbaycan millisinin hücumçusu Namik Ələskərovla müqaviləsinə xitam verəcək.

Newsport.az saytının məlumatına görə, bunu Türkiyə I Liqasını tərk edən klubun prezidenti Ömər Burkan Banaz açıqlayıb.

Bu gün mətbuat konfransı təşkil edən klub rəhbəri əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını söyləyib: “Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.

Qeyd edək ki, TFF I Liqasında sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi təmin olunub. Əsasnaməyə görə, II liqada heç bir komanda əcnəbi futbolçu oynada bilməz.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah