Qurban Qurbanov: "Hiss olunurdu ki, həyəcanlı və istəkli idilər"

Premyer Liqanın 27-ci turunun "Səbail" - "Qarabağ" matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis matçla bağlı danışıb:

"Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Hiss olunurdu ki, həyəcanlı və istəkli idilər. "Səbail"ə də uğurlar arzu edirəm".

- Artıq çempionluğu təmin etmisiz. Son turda yalnız gənc futbolçuları meydana buraxmaq fikriniz var?
- Ümumiyyətlə belə planım yoxdur. Əvvəl də bildirmişdim ki, çempionatın sonuna yaxın futbolçuları öz idman formalarından uzaqlaşdırmaq olmaz. Görürsüz ki, hər oyunda heyətdə rotasiya edirəm. Növbəti matçda az oynayan futbolçular meydanda olacaq. Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular yetərincə oynayırlar.

- Toral Bayramlı ilə Riçard Almeyda meydandan axsayaraq çıxdılar. Hər hansı zədələri var?
- Yorğunluqdandır. Əzələlərində sudurqa tutub, ondandır.

- "Neftçi" ilə oyuna bugünkü heyətlə çıxmaq ehtimalı var?
- Böyük ehtimalla yox. Heyətdə dəyişikliklər olacaq.

- Marko Veşoviçlə Abbas Hüseynov heyətdə yox idi. Bunun səbəbi nədir?
- Veşoviçə istirahət vermişdim, Abbasda isə zədə var idi. Kubokun finalında oynamaq ehtimalı var. Amma hələ komanda ilə məşqlərə başlamayıb. Yəqin ki, 23-lükdə olacaq. Əsas heyətdə oynayacağına inanmıram.

- "Qəbələ"yə nə vaxt yollanacaqsız?
- Proqramımızda bir gün əvvəldir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right