“Neftçi”nin oyunçusu “Zirə”nin futbolçusuna şillə vurdu FOTO

Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçında ara qarışıb.

Newsport.az-ın məlumatına görə, matçın 20-ci dəqiqəsində Loris Bronyo ilə Yusuf Laval arasında mübahisə yaşanıb.

Sonradan isə “Neftçi”nin futbolçusu Dimitrios Çantakiasla da mübahisə edib. 

Mübahisədə daha aktiv olan Təmkin Xəlilzadə "Neftçi" nin köməkçi məşqçisi Mübariz Orucovla sərt dialoq yaşadı. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə araya girərək futbolçularını sakitləşdirib.   Hadisələrin yekununda matçın hakimi Rauf Cabbarov "Neftçi"dən Yusuf Lavala, "Zirə"dən isə Rəşad Sadıqova, Təmkin Xəlilzadəyə sarı vərəqə göstərib. Ev sahiblərinin çalışdırıcısı isə dördüncü hakimə üzünü tutaraq : "Allah böyükdü, mənə Allah bəs edər" deyib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right