Əliyar Ağayev Yunanıstanda final oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan çempionatının oyununa təyinat alıb. 

Newsport.az xəbər verir ki, o ,2-ci Superliqada "Levadiakos" və "Veriya" komandaları arasındakı cavab matçını idarə edəcək. Mayın 15-də keçiriləcək final matçında Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər.

Qeyd edək ki, ilk oyunda "Levadiakos" 1:0 hesablı qələbə qazanıb. Cütün qalibi Superliqaya vəsiqə qazanacaq.

Xatırladaq ki, Əliyar Ağayev buna qədər Yunanıstan Superliqasının da bir neçə vacib oyununa təyinat alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right