"Qarabağ" mənim üçün ən adlı-sanlı klubdan da dəyərlidir" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turunun təxirə salınmış oyununda doğma meydanda "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Oyunçuları tam motivasiya etmək asan deyil. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik. "Sumqayıt" oyuna pis başlamamışdı. Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol rəqibin planlarını dəyişdi və boşluqlar daha çox oldu. Futbolçuların performansını quruyub saxlamaq vacibdir. 

- "Qarabağ"la 3 illik yeni müqavilə imzaladız. Keçmişdə başqa klublardan təklif almısız və ya gələcəkdə xarici klublarda işləmək istəyərsiz?

- Təklif yox, maraqlanmamışam da. Həmişə demişəm ki, mənim üçün vacib olan “Qarabağ”dır. Mənim üçün “Qarabağ”ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Hətta ən adlı-sanlı klub da olsa. Ona görə də mən burada ola-ola, bu məsuliyyəti daşıdığım halda hər hansı bir klubu düşünmürəm. Gələcək üçün də “Qarabağ”ı düşünürəm. Başqa bir fikrim yoxdur.

-Patrik Andrade ilə Luka Quqeşaşvili ilə danışıqlar nə yerdədir?

- Danışıqlar hələ davam edir. Dəqiq bir fikir bildirə bilməyəcəyəm.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right