Aleksey Baqa: "Bu gün kifayət qədər səhv etdik

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 16-cı turunun təxirə salınmış oyununda səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibin ustalıq səviyyəsini, daxili arenada və avrokuboklarda necə təzyiq göstərdiyini bilərək buna qarşı oyun qurmağa çalışdıq. Bununla yanaşı bu gün kifayət qədər səhv etdik. Həmin səhvlər də həlledici oldu. Belə komanda ilə oyunda nəticə əldə etmək üçün mütləq yaxşı təşkil olunmuş oyun, aqressiya və müdafiədə dəqiq oynamaq lazımdır. 

- Belə bir xəbər var ki, "Sumqayıt" Riçard Almeyda ilə maraqlanır. Bu, nə dərəcədə doğrudur?

- Hələ ki, hansısa futbolçu ilə bağlı şərh verə bilmərəm. Çünki, mövsümün sonuna kimi iki oyunumuz var. Bu iki oyunu ləyaqətli şəkildə keçirib mövsümü başa vurmalıyıq. Yalnız bundan sonra transferlər və digər məsələlər haqda danışa bilərik. Bu gün belə xəbərləri şərh etməyin mənası yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right