“Qarabağ” – “Sumqayıt” matçı 2 manata

Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb. Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
 
Satış məntəqəsi: “Azersun Arena”.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
“Qarabağ” – “Sumqayıt” qarşılaşmasına saat 19:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right