"Erzgebirge" Nazarovla danışıqlar aparır

Almaniyanın "Erzgebirge" klubu millimizin üzvü Dmitri Nazarovu komandada saxlamaq istəyir.

Newsport.az "Tag24"ə istinadən xəbər verir ki,  2-ci Bundesliqanı tərk edəcək və yeni mövsümdən 3-cü liqada oynayacaq Aue təmsilçisi 32 yaşlı hücumçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır. 

"Erzgebirge"nin direktoru Helge Leonhardt deyib ki, müqaviləsi bu yay başa çatacaq 12 futbolçudan 7-ni komandada saxlamaq istəyirlər.

Qeyd edək ki, Nazarov 2016-cı ildən Aue klubunda oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right