FIFA prezidenti "Qarabağ"ı təbrik etdi Foto

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla "Qarabağ" Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.

 

Newsport.az məktubun məzmununu diqqətinizə çatdırır:
 
Cənab Rövnəq Abdullayev
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 
Sürix. 10 may 2022-ci il
 
"Qarabağ" FK-ya təbrik
 
Hörmətli prezident,

 

“Qarabağ” FK-nı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

 

Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticəyə nail olmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın.

 

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.
Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.
 
Hörmətlə,
Gianni İnfantino





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right