12 yaşlı Əli arzusuna qovuşdu

"Qarabağ" fiziki imkanları məhdud 12 yaşlı azarkeşi Əlini qəbul edib.

Newsport.az xəbər verir ki, o, serebral iflicdən əziyyət çəkən oğlunun Ağdam təmsilçisinin azarkeşi olduğunu və demək olar ki, komandanın bütün oyunlarına getdiyini bildirib. Ən böyük arzusu "Qarabağ" futbolçuları ilə görüşmək və onlarla şəkil çəkdirmək olan Əli arzusuna çatıb.

S.Seyfullayev Əlinin arzusu ilə bağlı klub rəhbərliyinə müraciət etdiklərini və müsbət cavab aldıqlarını vurğulayıb: "Çox sağ olsunlar ki, bizi "Qarabağ"ın düşərgəsinə dəvət etdilər. Orada bütün futbolçular oğluma xüsusi diqqət və qayğıyla yanaşdılar. Xüsusilə də Qara Qarayevi vurğulamaq istəyirəm. Çünki o, Əlini bir ayrı sevdi. Qurban Qurbanov oğluma top hədiyyə etdi. Abdullah Zubir öz butslarını, Qara Qarayev öz imzalı formasını, Maksim Medvedev şərfini və digər hədiyyələr etdilər. Bütün təşkilatçılara və futbolçuların hər birinə ayrı-ayrılıqda təşəkkür edirik. Ümumiyyətlə, başda klubun prezidenti  Tahir Gözəl olmaqla bütün "Qarabağ" ailəsinə minnətdarıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right