"Qəbələ" Gənclər Liqasında oynamaq haqqı qazandı

“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” çempionluğu XXV turdan təxirə salınan matçda qazanıb. “Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn “Qəbələ” 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin baş məşqçisi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.

Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.

​"Qəbələ"nin U-19 komandası yeni mövsümdə UEFA Gənclər Liqasında iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right