Belçika klubu azərbaycanlı futbolçunu transfer etməyə hazırlaşır

Karyerasını İsveçdə davam etdirən Ayxan Cabbarova maraq göstərən Avropa klubları artmaqdadı. 

Newsport.az saytının məlumatına görə, bir müddət İsveç yüksək liqasının "Hakken" klubunun düşərgəsində yer almış futbolçu Avropanın daha bir klubundan təklif alıb. Belə ki, azərbaycanlı yarımmüdafiəçi bu dəfə Belçikanın "Beerşot" klubundan təklif alıb. Uzun müddətdir ki, Belçika klubu Cabbarovu izləyir.

Belçikalılar mayın 16-21-i arası azərbaycanlı futbolçunu düşərgəsinə dəvət edib. Yarımmüdafiəçi "Beerşot"un məşqçilər korpusunun etimadını qazanacağı təqdirdə ona rəsmi müqavilə təklif ediləcək. Cabbarov iki ilə yaxındır ki, Niderlandın tanınmış "Tevredengroup" şirkətilə əməkdaşlıq edir. Məhz bu şirkət vasitəsilə Cabbarovun "Beerşot"a keçidi baş tuta bilər. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right