Azarkeşlərdən Samir Abasova: "Müsahibələrinizdə düzgün ifadələr işlətməyinizi tövsiyə edirik"

“Forza Neftçi” azarkeş qrupu baş məşqçi Samir Abasova cavab verib. 

 

Newsport.az “Forza Neftçi”nin bəyanatını təqim edir:

 

Əziz , Samir Abasov. Bundan öncəki yazılarımızda da sizin müsahibələr zamanı peşəkar futbol klubunun baş məşqçisinə xas olmayacaq dərəcədə qeyri-peşəkar ifadələr işlətməyiniz barədə məlumat vermişdik. Sadəcə gündəmdə qalmaq istədiyinizi nəzərə alaraq bir daha fikirlərinizə cavab vermək istəyirik.

 

1. 30 oktyabr 2021. “Qarabağ”la biabırçı nəticədən sonra verdiyiniz müsahibədə “azarkeşlərin təkidi ilə əvəzetmə etdiyinizi” deyən də məhz sizsiniz cənab , Abasov. Bizim sözümüzlə nəyinsə dəyişə bildiyini məhz özünüz ifadə etmişdiniz.

 

2. 13 il ərzində sözümüzün kəsərinin necə olduğunu görməyən deyəsən sadəcə siz qalmısınız. Çox təəssüflər olsun ki , çempion olduğunuz mövsüm məlum səbəblərdən oyunlarda azarkeşlər iştirak etmirdi. Bəlkə həmin zaman təzyiq görmürdünüz deyə, belə rahat idiz. Çünki mövsümün əvvəlindən bəri narahat görünməyiniz göz önündədir.

 

3. 12 fevral 2022. “Sabah”la qarşılaşmada bizdən tamamilə asılı olmayan səbəblərdən baş vermiş hadisə nəticəsində oyun sonunda “2 ay sonra mən sağ, siz salamat ” ifadəsini söyləyib çıxıb getdiniz. Biz sizə bundan tam 7 ay öncə, noyabrda ərizə yazmağınızı məsləhət görmüşdük.

 

4. Bugünki müsahibədə işlətdiyiniz ifadəyə gəldikdə isə bizim mövqeyimizin nə olduğunu çox şükür hamı bilir.  Hər oyunda, ölkə, region fərq etmədən, məsafə düşünmədən klubunun arxasında duran insanlara bu ifadəni işlətməyinizin nə qədər düzgün olduğunu düşünməyinizi istəyirik.

 

5. Çox keçmişə qayıtmayaq. 9 aprel 2018. Siz hələ “Sumqayıt”ın baş məşqçisi olanda oyun sonunda futbolçularınızı məhz bizi alqışlatmaq üçün qarşımıza gətirmişdiniz. Çox yox sadəcə 4 il keçib. Bunu xatırlayıb bundan sonrakı müsahibələrinizdə düzgün ifadələrdən işlətməyinizi tövsiyə edirik. Bizim mövqeyimiz bəllidir , sizə öz mövqeyinizi bəlli etməyi məsləhət görürük.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right