"Qəbələ" U-17 liqasının qalibi oldu

“Qəbələ” U-17 Liqasının çempionu olub.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” qızıl medalları sonuncu turda rəsmiləşdirib.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda 26-cı turda İsgəndər Cavadov Bakı Futbol Akademiyası ilə görüşüb. “Qəbələ” ev matçında 14:0 hesabı ilə qalib gəlib.

Bununla da 24 oyunda 61 xal toplayan “qırmızı-qaralar” növbəti çempionluğunu yaşayıb. Komandanın futbolçusu Ağabəkir Həşimli 28 qolla liqanın bombardiri adını qazanıb.

​Xatırladaq ki, “Qəbələ” 6-cı dəfə U-17 Liqasının qalibi olub. “Qırmızı-qaralar” bunadək 2009/10, 2012/13, 2014/15, 2017/18 və 2020/21 mövsümünün çempionu adını qazanıb. 2010/11, 2013/14, 2015/16 və 2018/19 mövsümlərində isə “Qəbələ” ikinci yeri tutub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right