Murad Musayev: "Biz komandanı limiti nəzərə alaraq komplektləşdirmişdik"

"Oyuna nəzarət edən tərəf idik. Bu stadionda oynamaq hər komanda üçün asan deyil. “Qəbələ” və “Qarabağ” da burada uduzub. Ona görə də burada 90 dəqiqə konsentrasiyanı saxlamaq lazım idi. Yaxşı kombinassiyalar alındı. Bu gün sonluqlar yaxşı deyildi. Oyunu daha da əvvəlcədən sakitləşdirə bilərdik. Əsas olan odur ki, inamlı şəkildə qələbə qazandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

Premyer Liqanın 26-cı turunun "Səbail"lə oyunundan sonra mətbuat konfransında danışan rusiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- “Sabah” üstünlüyündən səriştəsiz istifadə edirdi. Rəqibi qiymətləndirmirdiniz?
- Rəqibi qiyəmətləndirməmək kimi düşüncəmiz yox idi. “Səbail”ə hörmətlə yanaşırdıq. Hörmətsiz yanaşsaydıq bu, bizə baha başa gələ bilərdi. Daha çox qol fürsətlərindən istifadə edə bilərdik. 

- Elvin Camalov əvvəlki performansından uzaq düşüb. Əvvəlki performansından 1 faiz də qalmayıb...
- Sizinlə razı deyiləm. Elvin komandamızın lideridi. Hər oyunda meydanda böyük iş görür. Müdafiədən hücuma keçərkən böyük funksiyaları yerinə yetirir. Ona görə sizinlə razı deyiləm. O, hazırda ən yaxşı sezonlardan birini keçirir.

- Aleksey Kaşuk və Lukas Rangel yeni mövsüm komandada qalacaq, yoxsa onların komandada qalması avrokuboklara düşüb-düşməməyinizdən asılıdı?
- Hər ikisi “Sabah”da oynamaq xoşuna gəlir. Nümayəndələrilə danışıqlar gedir. Bu, bir balaca çətin prosesdi. Kaşuk “Şaxtyor”a məxsusdu, başqa komandada oynayır. Danışırıq, amma konkret bir şey yoxdu.

- Növbəti mövsümdən U-21 limiti olmayacaq. Bu barədə fikriniz necədi?
- Nəsə demək çətindi. Çünki biz komandanı limiti nəzərə alaraq komplektləşdirmişdik. Amma çempionatın bitməsinə 3 həftə qalmış U-21 limitinin ləğv olunduğunu bildirdilər. Ümumiyyətlə, hər hansı limitə qarşıyam. Fikrimcə, meydanda ən yaxşılar oynamalıdı. Bu da oyunçuların səviyyəsini artıracaq. Yəni, biz sadəcə pasporta yox, futbolçuların ustalıq səviyyəsinə baxmalıyıq. Biz federasiyanın hər qərarına hörmətlə yanaşmalıyıq. Gələn il komandanın necə olması, seleksiya işimizdən və yeni mövsümə necə hazırlaşmağımızdan asılıdı.

- İkinci hissəyə 10 nəfərlə çıxmışdınız. Boyan Letiç sizi yaddan çıxarmışdı, yoxsa o, sizi?
- Birinci hissədə topuğundan zədələnmişdi. Biz ikinci hissəyə başlayanda yan hakimə dedik ki, gözləyək oyunçu gəlsin. O da bildirdi ki, top çıxandan sonra əvəzetmə edə bilərik, çünki hakim oyunu başlamalıdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right