"Çalışacağıq ki, "Turan Tovuz"un adına yaraşan, azarkeşlərə layiq komanda formalaşdıraq"

"Bəli, dünən təsdiqləndi ki, "Turan Tovuz" və "Kəpəz"ə Premyer Liqada iştirak etmək üçün lisenziya verildi. Deməzdim ki, gözlənilməz oldu. Premyer Liqaya yüksəlməyi arzu edirdik. Birinci divizionda iki dəfə çempion olduq, amma Premyer Liqaya yüksəlmək nəsib olmamışdı".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

Bölgə klubunun rəsmisi komandasının Premyer Liqaya buraxılması barədə danışıb. O, yeni mövsümdən yüksək liqada çıxış edəcək komandasının planlarından da söz açıb:

"Hər bir halda istəyərdik ki, mübariz komandamız olsun. Çempionata rəng qatan komanda qurmağa çalışacağıq. Hər hansı plan qurulmayıb. Əsas olan komandanın büdcəsidi. Bundan sonra baş məşqçi təyin olunmalıdı. Gözlənilir ki, növbəti həftə görüşlərimiz olsun. Çalışacağıq ki, "Turan Tovuz"un adına yaraşan, azarkeşlərə layiq komanda formalaşdıraq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right