"Sabah"ın daha bir komandası çempion oldu

AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Araz Bağırovun yetirmələri son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib. Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah"ın U-15 komandası mövsümü çempion kimi başa vurub.

Qeyd edək ki, bir neçə gün öncə "Sabah"ın U-16 komandası da öz liqasında çempion olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right