Qurban Qurbanovun fitnes klubunun açılışı oldu FOTOLAR

Mayın 5-də Bakıda “Qarabağ” futbol klubunun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanovun təsis etdiyi "My Class" fitnes klubu fəaliyyətə başlayıb.

Newsport.az-ın məlumatına görə, bu haqda Kiçik və Orta Biznesin Sahibkarlığı Agentliyinin yaydığı məlumatda bildirilir.

Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Kiçik və Orta Biznesin Sahibkarlığı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal miqyasda gəlirli sektorlardan olan sağlamlıq biznesinin ölkəmizdə də inkişaf etdiyini, bu sahədə xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Vurğulanıb ki, Agentlik sahənin inkişafını və yeni sahibkarlıq obyektlərinin yaradılmasını KOBİA-nın dəstək və xidmətləri çərçivəsində dəstəkləməkdə davam edəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right