Azərbaycanlı futbolçular Latviyada darmadağına üzüldülər

Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilir. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda RFS ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.
 
Şakirlə Asim də bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. Asim fasilədə, Şakir isə 71-ci dəqiqədə əvəzlənib.
 
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 11 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right