Azərbaycan yığmasından darmadağın

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə yoldaşlıq oyunu keçirib.

Newsoport.az xəbər verir ki, Bakı “Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarına Orxan Məmmədov (2), Emin Mehdiyev və Elşad Manafov imza atıb.

​Küveyt millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 7-də, 8-də və 11-də daha üç oyun keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right