Final matçı Şamaxıda

AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

 

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Cəbrayıl” və “Qusar” komandaları arasında keçiriləcək ilk yarımfinal oyunu mayın 14-də saat 16:00-da ASK Arenada keçiriləcək. “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasında keçiriləcək ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda təşkil olunacaq. 

 

Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə final qarşılaşması keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right