"Neftçi" qalib gəldi, "Zirə" uduzdu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 2 matç keçiriləcək. İlk olaraq "Zirə" "Qəbələ"ni qəbul edəcək. "Neftçi" isə "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, bu turda "Qarabağ" "Sabah"la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

4 may (çərşənbə)

17:45. "Zirə" - "Qəbələ" 0:3

Qol: Fernan Lopes, 26, Rafael Utsiq, 44, Omar Hani, 81
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu.

20:00. "Sumqayıt" - "Neftçi" 0:2

Qol: Tiaqo Bezerra, 12, 62

Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 19
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right