"Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu oldu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "Səbail"i sınağa çəkib. Oyunda qapılara qol vurulmayıb. 

Əsas diqqətlər isə günün ikinci matçına yönəlib. "Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu, Qurban Qurbanovun baş məşqçiliyi altında 8-ci çempionluğudur. 

3 may (çərşənbə axşamı)

 

19:00.“Qarabağ” – “Sabah” - 1:1 

Qollar: Kadi Borqes, 47 (1:0), Kristian Da Silva, 60 (1:1)

Qırmızı vərəqə: Patrik Andrade, 57 - ikinci sarı vərəqə ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”

16:30. “Şamaxı” – “Səbail” - 0:0 
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right