"Şamaxı" Bakıda hansı stadionu icarəyə götürür?

"Şamaxı"nın əsas komandası oyunlarını eyniadlı şəhərdə keçirsə də, aşağı yaş qruplarından ibarət komandaları paytaxtda oynayır.

Newsport.az saytının məlumatına görə, mövsüm sonunda "ASK Arena"dan çıxacaq komandanın aşağı yaş qruplarından ibarət komandaları üçün rəhbərlik yeni stadion tapıb.

Belə ki, böyük ehtimalla rəhbərlik yeni mövsüm üçün "Şamaxı"nın gənc komandalarını Mərdəkana göndərəcək. Klubun əsas komandasından savayı digər heyətləri ev matçlarını və məşqlərini "Şağan Olimpiya İdman Kompleksi"ndə keçirəcək. "Şamaxı" bu stadionu icarəyə götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right