Samir Abasov: "Hamısı özünü yaxşı eləmək, patriotluğunu göstərmək istəyir"

"Neftçi" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda "Zirə"yə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Nəticənin belə olmağını istəmirdik. Rəqibi təbrik edirəm. Ən yaxşı penalti vuranımız da vurmaya bilərdi. Bu, üzərində durulacaq məqam deyil. Oyuna gəldikdə isə futbolçularımı soyunub-geyinmə otağında təbrik etdim. Həddən artıq istəkli idilər. Çoxdandır ki, belə oyun görmürdük. Məğlub olduğumuza görə heyfslənirik. Amma gələcəyə baxmalıyıq. İnanıram ki, daha da yaxşı olacağıq. Maraqlı bir məqam var. Pis oynadığımız oyunlar var ki, qələbə qazanmışıq. Bu gün isə əksi oldu. İkinci hissədə və əlavə vaxtda komanda çox istəkli idi, futbolçular qol vurmaq üçün alışıb-yanırdılar, hər şeyi yaxşı və düzgün edirdilər. Tiaqonun bir-iki epizodu oldu, onları vura bilsəydi, bu gün sevinən tərəf biz olardıq. Göstərdikləri oyuna, əzmə görə futbolçularımı təbrik edirəm. 

- "Neftçi" mövsümü titulsuz başa vurur. Bu haqda nə deyə bilərsiz?

- İstəməzdik ki, titulsuz qalaq. Həyatdır, davam edir, belə şeylər də olur.

- AFFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlara münasibətiniz necədir?

- İnanın ki, heç qərarlarla tam tanış olmamışam. Hər zaman limitin aradan qaldırılmasını istəyənlərdən biri mən idim. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin dövrdə jurnalistlər, mütəxəssislər mənim üzərimə hücum etdilər. Ondan sonra dedim ki, mən kənarda qalım. İndi isə niyə ləğv olunmur deyə sual verilir. Bununla bağlı cavab verən deyiləm. Danışdım və gördüm. Hamısı özünü yaxşı eləmək, patriotluğunu göstərmək istəyir. Qərar verdim ki, danışmaq olmaz və danışmayacağam. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right