Qurban Qurbanov: "Fikirlərimiz öyrənilir, amma qərarlar başqa olur"

"Qarabağ" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"ni 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik etmək istəyirəm. Neçə illərdi ki, finalda oynamırdılar. Həmişə kuboka tam fərqli baxmışam. Başqa prestijdi. Ümumiyyətlə, final matçları futbolçuların böyüməsi üçün fayda verir. Ən azından buna görə finalda oynamağımızı istəyirəm. Düşünürəm ki, bu gün göstərdikləri oyunları və istəklərilə finala layiq idilər. Finala vaxtımız hələ çoxdu. İnanıram ki, finala da böyük istək və motivasiya ilə hazırlaşacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Onlara təşəkkür edirəm. Hissə-hissəydilər. Komandanı dəstəkləmək üçün fərqli qruplar yaranır. Bu, adamı sevindirir. Cavanlar, yaşlılar, baxırdım, mənim üçün maraqlı mənzərə idi. Stadiona gələn azarkeşlərə təşəkkür edirəm. "Qəbələ"yə də gələcəkdə uğurlar arzu edirəm".

- Final matçının bölgədə, yoxsa Bakıda keçirilməsini istəyərdiniz?

- Heç vaxt belə şeylərə müdaxilə etmək istəməmişəm. Bəzən soruşublar, fikir bildirmişik, tam əksi olub. Fikir bilirməyim düzgün olmaz. Bölgədə də oynamışıq, Bakıda da. Hansı qərarı verəcəklər, ona hazırlaşacağıq. Hansısa fikir bildirmək istəmirəm.

- Bu gün İcriaiyyə Komitəsinin iclası oldu. Gələn mövsümdən əvəzetmə 5 yox, 3 olaraq qalacaq. Sizcə qərarın dəyişilməməsi nə ilə əlaqədardı? Həmkarlarınız istəmədi?

- Düzünü deyim, qərarlara təəccüblənmirəm. Bəzən, ümumiyyətlə, belə fikirlər və suallardan uzaq olmaq istəyirəm. Amma yenə də bəzən öz fikirlərimi bildirməliyəm. Niyə belə qərarlar qəbul olundu, deyə bilmərəm. Çünki mən dəfələrlə demişəm ki, futbola cavabdeh qurum var və qərarları onlar verir. Sadəcə maraqlı tərəfi odur ki, bəzən fikirlərimiz öyrənilir, amma qərarlar başqa olur. Bizim fikirlərimiz öyrənilir, klublar birliyi var. Bildiyim qədərilə Klublar Komitəsi də yığılmışdı. Demişdilər ki, müzairələr olunacaq. Hər klubun öz fikri, düşüncəsi var. Bu gün belə bir fikir bildirilmişdi ki, yenə də müzakirə olunacaq. Bu gün Klublar Komitəsi konkret qərar qəbul etməyib, öz fikrini tam bildirməyib və İcriaiyyət Komitəsində müzakirə olunub, düşündükləri qərarı veriblər.  Belə hallar olduqda, hər hansı təkif etməməyi məqsədəuyğun saymıram. Dedilər ki, Klublar Komitəsi yığışır, təklifiniz nə olar? Dedim ki, biz heç bir fikir bildirməyək. Çünki ola bilər başqa klublar narazı olar, narahat olar, ya federasiya narazılıq edər, narahat olar. Amma hər bir halda dedim ki, digər klublar nə qərar qəbul etsə, nə desə, biz də razılaşacağıq. Biz onsuzda hansı limit deyiblər, ona uyğun komandanı yığmışıq, işimizlə məşğul olmuşuq. Çempionatın gedişini, gələcəyi fərqli görürəm. Fikirlərimiz üst-üstə gəlmirsə, hər hansı fikir bildirməyim düzgün deyil. Çünki sonda səlahiyyət onların əlindədi. Kiçik fikir bildirdik ki, belə bir dəyişiklik edilsin. Əgər ona da önəm verilmirsə, narazılıq olursa, bundan sonra ümumiyyətlə qərara fikir bildirməyim düzgün olmayacaq. Çalışacam belə fikirlərdən uzaq olam. Dəfələrlə bildirmişəm ki, hərəmizin öz boynumuza düşən vəzifə var və onu çalışıb yerinə yetirməliyik. Amma görəndə ki, bizimlə məsləhət edilmək istənilir, məsləhətimizi veririk, sonda da ona önəm verilməyəndə fikir bildirməməyimiz daha doğru olar. Çünki sonda hansısa narazılıq olur. Biz "Qarabağ" olaraq futbolumuza layiqincə xidmət etməyə çalışırıq. Futbolçu yetişdirək, yaxşı nəticələr əldə edək. Nə bacarırıq, nə dərəcədə alınır, bunu daha yaxşı etməyə çalışacağıq. Hər bir halda sualınıza cavabım belədi. İnanın ki, qərarlara bir o qədər də təəccüblənmədim. Elə bir ciddi dəyişiklik olmadı. İcriaiyyət Komitəsində nə cür istəyirdilərsə, elə də oldu. Yəqin ki, nə üçün belə etdiklərinin açıqlamasını verəcəklər. Hansı perspektiv var gələcək üçün. U-21 limitini götürdülər, 5 legioner limiti belə qaldı. Nəyə görə bunu belə planlaşdırdılar? Yaxud da, 3 əvəzetmə məsələsi. Yəqin ki, onlar dərindən düşünüb, bu qərararı veriblər. Bəlkə də bizim üçün də maraqlı olacaq. Yəqin, siz də suallar verəcəksiz, maraqlanacaqsız ki, perspektivi nədə görüb bu addımı atıblar. Hər bir halda futbolumuza uğurlar arzulayıram. Azərbaycanlı olaraq mən özüm də, komandam da, klubumuz da futbolumuza xidmət etməyə çalışacağıq.

- Dünən Sumqayıtda "Azərsun Sənaye Park"ında güclü yanğın oldu. Bunun kluba hər hansı maddi təsiri olacaq?

- Xoş olmayan haldı. Bu gün danışdım rəhbərliklə, ümumi durum haqda maraqlandım. Həqiqətən böyük təsir edib. Amma mən inanıram ki, Gözəl bəy belə addım atar. Bir dəfə də demişdim, infelyasiyanın olduğu vaxtda, ümumiyyətlə, çox yerlərdə işçi qüvvəsi azaldaq ki, öz büdcələri qaydasına düşsün. Təkliflər olmuşdu ki, "Qarabağ"ın büdcəsini azaldaq. Abdulbari bəy fikir bidirmişdi ki, olanların "Qarabağ"a ümumiyyətlə dəxli yoxdu bi,z klubu qoruyub-saxlamalıyıq. Demişd ki, biz ziyan edə bilərik, bunun kluba heç bir təsiri olmamalıdı. İnanıramki, indi də o fikirdə olacaqlar. Rəhbərliyi tanıdığıma görə deyirəm. Biznesdə olan şeylərdi. Ümid edirəm çox da böyük zərər olmaz. Amma deyəsən, az olmayıb. Allah qarşıda əvəzini verər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right