Əliyar Ağayev növbəti dəfə Yunanıstan çempionatının oyununa dəvət alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

Newsport.az xəbər verir ki, 35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun VI tur oyununda ədaləti qoruyacaq.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək.

Qeyd edək ki, mayın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right