Mən heç vaxt bu fikirlə razılaşmıram" Aqil Nəbiyev

Bu gün Aqil Məmmədovun çalışdırdığı U-18 Sumqayıtdakı “Kapital Bank Arena”da şəhərin eyni adlı komandası ilə yoldaşlıq görüşündə üz-üzə gəldi. 
 
VAR sisteminin də test olunduğu qapşılaşma 1:1 hesabı ilə başa çatdı.
 
Newsport.az xəbər verir ki, matçdan sonra yığmanın baş məşqçisi Aqil Nəbiyev “Football-plus.az” saytına açıqlamasında həm youn, həm də toplanışla bağlı fikirlərini bölüşdü: 
 
 
“Rəqib təcrübəli, premyer-liqada çıxış edən komanda idi. heyətində səviyyəli oyunçular yer alır. U-18-də isə əsasən 16, 17 yaşlı futbolçular yer almışdı. Bu gün də daxil olmaqla artıq 5 gündü təlim-məşq toplanışındayıq. Təbii ki, qısa vaxtda istədiyimiz nəticəni əldə etmək çətindi. Buna baxmayaraq bu gün oyunçulardan istədiyimizin 70 faizini ala bildik. Rəqib istər təcrübə, istərsə də fiziki baxımdan bizdən üstündü. Uşaqların mübarizədən çəkinməməsi, sona qədər mübarizə arapması məni sevindirdi. Qismən də olsa oyundan razı qaldım”.
 
 
Baş məşqçinin söylədiyi kimi U-18-in şərəfini qoruyanlar yaşlarına görə premyer-liqada çıxış edən futbolçulardan fiziki göstəricilərə görə geri qalsalar da oyun planında Nəbiyevin komandası heç də pis təsir bağışlamadı. Onu da qeyd edək ki, müəyyən səbəblərə görə, yığmanın bəzi aparıcı oyunçuları bu dəfəki toplanışda iştirak etmirlər. Baş məşqçi bizimlə söhbətdə aparıcı futbolçuların yoxluğunda yenilərin onları layiqincə əvəzetdiklərini vurğulamaqla yanaşı, ölkədə yetərincə istetdalı yeniyetmələrin olduğunu da vurğulamaqdan çəkinmədi: 
 
“Bu cür oyunlar yeniyetmələr üçün əvəzolunmaz təcrübədi. Sözün düzü, uşaqlardan daha artığını gözləyirəm. Mən həmişə futbolçulara “rəqibin kimliyi bizim üçün vacib deyil, vacib olan öz oyunumuzdu” deyirəm. Bu gün “Neftçi”nin əsas heyətinə dəvət alan Rüfət Abbasov, “Qarabağ”dan İbrahim, Rusiyada və Gürcüstanda çıxış edən azərbaycanlı oyunçular bəzi səbəblərdən toplanışa qatıla bilməyiblər. Ümumilikdə əsas heyətin 5-6 futbolçu yox idi. Amma onların demək olar yeri görünmədi. Bu gün meydana çıxanlar özlərini yaxşı tərəfdən göstərə bildilər. İstərdim ki, U-18-ə dəvət alan uşaqlar divizionda, əvəzedicidəvə premyer-liqada oynasınlar. Öz yaşıdlarının liqalarında daim oynamaq göstərici deyil. Bəzən deyirlər ki, Azərbaycanda futbolçu qıtlığı var, keyfiyyət aşağıdı. Mən heç vaxt bu fikirlə razılaşmıram. Azərbaycanda futbolçuda var, keyfiyyətli oyunçuda. Sadəcə, onları düzgün yönləndirmək lazımdı. İnanıram ki, bu yaş qrupu daha çox irəli gedəcək. Bu uşaqlara inanıram və ümid edirəm bundan da yaxşısını bacaracağıq”.
 
 
Müxtəlif yaş qrupu üzrə yığmalarda türk oyunçuların olmasına öyrəşmişik. Ancaq Aqil bəyin çalışdırdığı millidə belə futbolçular yoxdu. Baş məşqçi özü kənardan oyunçu dəvət olunmasını istəmir, yoxsa başqa səbəblər var? Nəbiyevin məsələyə reaksiyası belə oldu:
 
“Sözün düzü, elə bir səbəb yoxdu. Bizə deyilmir ki, hardansa futbolçu dəvət et. Özüm də daha çox azərbaycanlı futbolçularımın yığmada olmasının tərəfdarıyam. Fərqi yoxdu oyunçu ölkədə yaşayır və yaxud hansısa xarici ölkədə. Azərbaycanlıdısa və səviyyəsi millidə oynamağa çatırsa onu dəvət edirəm. Söhbətimizin əvvəlində “Azərbaycanda futbolçu var, sadcə düzgün istiqamət vermək lazımdı” fikrini səsləndirdim. Bu gün özünüz də bunun şahidi olduz. Bu gün nəticə bizə vacib deyildi. Əsas olan mübarizə, komanda ruhu və üzərində işlədiyimiz taktiki gedişləri görmək idi. Onu da müəyyən qədər gördük. Sabah da bizi daha bir yoldaşlıq matçı gözləyir. Divizionda artıq çempionluğu rəsmiləşdirən “Qaradağ Lökbatan”la qarşılaşacağıq. İstəyirik oyunçularımız daha üst səviyyədə oynaya biləcəklərini hiss etsinlər”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right