"Qarabağ" və "Zirə" Azərbaycan Kubokunun finalında Yenilənib

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, əvvəlcə “Qarabağ” – “Qəbələ” oyunu baş tutub. “Qarabağ” səfərdəki ilk matçda Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub edib. Cavab görüşündə daha böyük hesabla qalib gələn “köhlən atlar” ilk finalçı olub.

Yarımfinalın daha maraqla gözlənilən oyununda “Neftçi” “Zirə” ilə qarşılaşıb. İlk görüşdə qapılara qol vurulmaması bu matça marağı daha da artırırdı. Premyer Liqada da oyunları daim gərgin mübarizə şəraitində keçən bu komandalar cavab matçının əsas vaxtında qapıya yol tapa bilməyiblər. Əlavə vaxtda da hesab açılmadığından penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Zirə” finala yüksələn tərəf olub.

Azərbaycan kuboku, yarımfinal
Cavab oyunları

29 aprel (cümə)

20:30. “Neftçi” – “Zirə” - 0:0 (Penaltilər seriyası - 2:4)
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun - 0:0

17:30. “Qarabağ” – “Qəbələ” - 5:0 

Qollar: Ramil Şeydayev, 5, Kadi Borqes, 13-pen. 17, Leandro Andrade, 37, Ramil Şeydayev, 58
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”
İlk oyun - 3:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right