Əsgərovun komandası yenə uduzdu

Futbol üzrə Latviya çempionatında 9-cu turun oyunları keçirilir. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Metta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
“Super Nova” 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right