“Neftçi”nin futbolçusuna iki oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Zaqatala” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Musa Musazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
 
“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
 
“Neftçi-2” komandasının futbolçusu Elton Əlibəyli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);
 
“Sabah-2” – “Qaradağ Lökbatan” oyununda “Sabah-2” komandasının futbolçusu Fərid Kərimzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right