Azərbaycanda futbol klubu yanğınsöndürənə görə cərimələnib

Azərbaycan Premyer Liqasında XXIV turun “Sabah” – “Şamaxı” oyunundan öncə dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib.

Newsport.az-in məlumatına görə, bununla əlaqədar AFFA İntizam Komitəsi meydan sahibi "Sabah"ı 400 manat cərimələyib.

“Qəbələ” – “Qarabağ” oyununa isə dövlət yanğından mühafizə xidmətinin maşını təyin olunan vaxtdan gec gəlib. Bu səbəbdən, "Qəbələ"yə xəbərdarlıq edilib.

Qeyd edək ki, "Sabah" "Şamaxı"ya 5:1, "Qarabağ" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right