“Qarabağ” səfərdə, MOİK evdə qalib gəldi

Birinci divizionda 23-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Zaqatala” doğma meydanda “Qarabağ”ın əvəzedicilərinə məğlub olub. MOİK isə “Sumqayıt”ın ikinci komandası üzərində inamlı qələbəyə sevinib.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Birinci divizion, 23-cü tur

26 aprel

Zaqatala – Qarabağ-2 1:2
Qol:
Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00

MOİK – Sumqayıt-2 2:0
Qol:
Əli Əliyev, 20. İlham Allahverdiyev, 42.
Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Binə qəsəbə stadionu, 16:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right