Türkiyə mətbuatı Namikdən yazdı: “Şaşırtıyor!”

Türkiyənin “Bursasporda Bugün” nəşri “Bursaspor”da çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun çıxışı barədə yazı dərc edib.

Newsport.az xəbər verir ki, “Namik Alaskarov şaşırtıyor!” (Namik Ələskərov təəccübləndirir – red.) başlıqlı yazıda Türkiyə 1-ci liqasında başa çatan 34 turdan sonra 27 yaşlı oyunçunun Bursa təmsilçisinin ən çox qol vuran futbolçusu olduğu vurğulanıb.

Yarımmüdafiəçinin son olaraq 34-cü turda “Dənizlispor”la görüşdə (1:0) komandasının yeganə qolunu vurduğu bildirilib. Namik “Bursaspor”da 6 qol, 6 qol ötürməsi ilə bu göstəricidə klubun lideridir. Ancaq buna baxmayaraq, millimizin üzvünün yararlana bilmədiyi qol epizodlarınının müzakirələrə səbəb olduğu qeyd edilib:

“Bir çox epizodda bitirici özəlliyi zəif olan Namik Ələskərov yenə “Dənizlispor”la görüşdə penaltidən yararlana bilmədi. Bu durum klubun camiəsini də, məşqçi heyətinə də çox təəccübləndirir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right