Şuşada "Trabzonspor"un bayrağı açıldı

"Trabzonspor" azarkeşləri Türkiyə Superliqasının 35-ci turunda çempionluğu rəsmiləşdirə biləcəyi "Antalyaspor"la oyundan əvvəl Şuşaya gedib.

Newsport.az xəbər verir ki, bir qrup azarkeş Şuşa qalasında klubun bayrağını açıb və "Bizə hər yer Trabzon" şüarı səsləndiriblər.

Qeyd edək ki, "Trabzonspor" ölkə çempionatında 76 xalla 1-ci pillədə qərarlaşıb. Komanda aprelin 30-da keçiriləcək "Antalyaspor"la matçda uduzmasa, çempionluğu vaxtından əvvəl rəsmiləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right