"Qəbələ"nin legioneri ilə İndoneziya klubu maraqlanır

"Qəbələ"nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər.

Newsport.az "sultra.tribunnews.com" saytına istinadən xəbər verir ki, "Persiya Cakarta" 22 yaşlı yarımümdafiəçi ilə maraqlanır. Liqa 1 təmsilçisinə yeni baş məşqçi təyin olanan Tomas Doll  komandanın heyətini yeni legionerlərlə gücləndirmək istəyir. Onların arasında İordaniya millisinin üzvü Omar Hani də var. Onun Rohit Çanı əvəzləyə biləcəyi vurğulanıb.

Omar Hani Thomas Doll üçün yeni oyunçu deyil. Onlar 2018-2019-cu il mövsümündə Kipr APOEL (Nikosiya) klubunda birlikdə çalışıblar.

Bildirilib ki, O.Haninin "Qəbələ" ilə müqaviləsi iyunda başa çatır. O, klubla müqaviləni  yeniləməsə, "Persiya Cakarta" oyunçunu pulsuz ala bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right