“Qarabağ”a 9-cu çempionluq üçün cəmi 1 xal lazımdır

“Qarabağ” Azərbaycan Premyer Liqasının növbəti turunda çempionluğunu qeyd edə bilər.

Newsport.az xəbər verir ki, bunun üçün Ağdam klubuna cəmi 1 xal da kifayət edir. Qurban Qurbanovun komandası mayın 3-də “Sabah”la ev oyununda uduzmasa, 9-cu çempionluğu rəsmiləşdirəcək.

“Qarabağ”ın hazırda 58, ən yaxın izləyicisi “Neftçi”nin isə 47 xalı var. Qarşıdakı turda “Neftçi” 3, “Qarabağ” 1 xal qazansa belə, komandalar arasında 9 xallıq fərq olacaq. Sona 3 tur qalmış bu fərqin olması “Qarabağ”ın çempionluğu üçün kifayətdir. Çünki Ağdam təmsilçisi şəxsi oyunlarda “ağ-qaralar”dan üstündür. Bu mövsüm “Qarabağ” 4 oyundan 3-də “Neftçi”yə qalib gəlib. 

Qeyd edək ki, “Qarabağ” buna qədər qazandığı 8 çempionluğun 7-sini Qurban Qurbanovun baş məşqçliyi ilə əldə edib.

Əlavə edək ki, Azərbaycan Premyer Liqasında “Qarabağ” sonuncu oyununu “Neftçi”yə qarşı mayın 21-də “ev”də (“Azərsun Arena” və ya Respublika stadionunda) keçirəcək. Ağdam klubu çempion olarsa, komandaya çempion kuboku da məhz həmin görüşdən sonra təqdim olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right