Qurban Qurbanov “Qarabağ”da baş məşqçi kimi 600-cü oyununa çıxıb

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib.

“Qəbələ” ilə səfərdəki qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan 600 qarşılaşmanın 337-də "köhlən atlar" qələbə qazanıb.

Komanda 153 dəfə heç-heçəyə imza atıb, 110 dəfə məğlubiyyətlə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right