Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Portuqaliya çempionatında 31-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” öz meydanında “Vitoriya Gimaraynş” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right