“Turan Tovuz” “Kəpəz”i məğlub yola saldı

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Səbail”lə “Sumqayıt”ın əvəzedici komandalarının duelindən qonaqlar minimal hesabla qalib ayrılıblar. Dörd qolun qeydə alındığı “Şamaxı” ilə “Neftçi”nin əvəzedicilərinin görüşündə isə qalib müəyyənləşməyib.

Turun ən maraqlı matçlarından biri Tovuzda baş tutub. “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı bu matçda isə meydan sahibləri qələbə qazanıblar.

Birinci Divizion
21-ci tur

13 aprel

“Səbail-2” – “Sumqayıt-2” 0:1
Qol: Emil Əliyev, 45.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Bakı. “ASCO Arena”, 15:00.

“Turan Tovuz” – “Kəpəz” 3:2
Qol: Famil Camalov, 28. Akif Tağıyev, 37; 66 – Elçin Əlicanov, 45+2. Bəhruz Teymurov, 72.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Şamaxı-2” – “Neftçi-2” 2:2
Qol: Fərid Nadirov, 9. Amil Yunanov, 37 – Samir Qurbanov, 28. Ağadadaş Salyanski, 77.
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov.
Bakı. “ASK Arena”, 15:00.

Turun digər oyunları:
“Zaqatala” – “Qəbələ-2” 5:1
MOİK – “Qaradağ Lökbatan” 0:5
“Zirə-2” – “Qarabağ-2” 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right