“Qəbələ”nin legionerindən yubiley matçı

Rafael Utziq “Qəbələ”də 50-ci oyununu keçirib.

Newsport.az-in məlumatına görə, braziliyalı hücumçunun yubileyi Premyer Liqanın 21-ci turuna təsadüf edib.

“Keşlə” ilə ev matçı (1:1) 26 yaşlı legioner üçün əlamətdar olub.

2020-ci ilin yayından “qırmızı-qara” formanı geyinən Rafael bu müddətdə 10 qol vurub. O, Premyer Liqada 45, Azərbaycan kubokunda 5 dəfə şans qazanıb. Cənubi amerikalı bütün qollarına çempionatda imza atıb.

Xatırladaq ki, Rafael Utziq klub tarixinə 50 və daha çox oyun keçirən 51-ci futbolçu kimi düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right