Bordindən Azərbaycan futbolu ilə bağlı açıqlama

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin hazırda işsizdir.

Newsport.az xəbər verir ki, Azərbaycandan ayrıldıqdan sonra Moldovaya gedən və bu ölkənin milli komandasını çalışdıran italiyalı mütəxəssis 2021-ci ilin noyabrın sonundan vəzifəsindən ayrılıb. 57 yaşlı məşqçi guerinsportivo.it saytından dərc olunan açıqlamasında deyib ki, Moldova və Azərbaycan kimi ölkələrdə çalışmağı bir az təsadüf nəticəsində olub.

“On il köməkçi işlədikdən sonra bir anda özümü işsiz gördüm. Daha çox dostum olduğunu düşünürdüm, lakin D seriyasında “Triestina” ilə təcrübəmi borclu olduğum Şon Solyano istisna olmaqla, zəngimə belə cavab vermədilər. Azərbaycanda və Moldovada isə inkişaf edən, ən müasir strukturlara malik futbol gördüm” – deyə o bildirib.

Xatırladaq ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci il yanvarın ortalarına kimi “Neftçi”nin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right