"Qəbələ"nin futbolçusu üçün əlamətdar oyun

Rafael Utziq “Qəbələ”də 50-ci oyununu keçirib.

Newsport.az xəbər verir ki, braziliyalı hücumçunun yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib. “Keşlə” ilə ev matçı (1:1) 26 yaşlı legioner üçün əlamətdar olub.

2020-ci ilin yayından “qırmızı-qara” formanı geyinən Rafael bu müddətdə 10 qol vurub. O, Premyer Liqada 45, Azərbaycan kubokunda 5 dəfə şans qazanıb. Cənubi amerikalı bütün qollarına çempionatda imza atıb.

​Rafael klub tarixinə 50 və daha çox oyun keçirən 51-ci futbolçu kimi düşüb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right