“Zirə” “Neftçi”ylə, “Qəbələ” “Keşlə”ylə sülh bağladı Yenilənib

Dünən Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun ilk oyununda lider “Qarabağ” autsayder “Səbail”i qəbul edib. Ağdam təmsilçisi darmadağına sevinib.

“Sabah” isə bu turda Sumqayıtda eyniadlı komandanın qonağı olub. Bu oyunda da qonaqlar böyük hesabla qalib gəliblər.

“Qəbələ” bu gün keçirilən oyunda “Keşlə”ni doğma meydanda qəbul edib. Qonaqlar matçın 51-ci dəqiqəsindən azlıqda qalsalar da, bu, “Qəbələ”nin qələbə qazanmasına kömək etməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Turun mərkəzi oyunu olan “Neftçi” – “Zirə” görüşü də bu gün keçirilib. Bu qarşılaşmada da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

3 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 21-ci tur 

17:15. “Neftçi” – “Zirə” - 1:1 

Qol: Ahmed Ayzaya, 88 (0:1), Tiaqo Bezzero, 90+5 (1:1)

Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 ("Zirə", ikinci sarı vərəqə), Eddi Esrafilov, 77 ("Neftçi", ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”

15:00. “Qəbələ” – “Keşlə” - 1:1

Qollar: Merab Qiqauri, 32 (0:1),  Omar Hani, 47 (1:1)

Qırmızı vərəqə: Tərlan Quliyev, 51 ("Keşlə")
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

2 aprel (şənbə)

“Sumqayıt” – “Sabah” - 0:3 

Qollar: Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 60

“Qarabağ” – “Səbail” - 5:1

Qollar: Andrade, 3 (1:0), 41 (2:0), Ramil Şeydayev, 53 (3:0), 56 (4:0), Nikolas Raysel, 62-pen (4:1), Elvin Cəfərquliyev, 86 (5:1)

N Klublar O Q H M T-F X
1 Qarabağ 20 15 4 1 46-11 49
2 Neftçi 20 11 4 5 34-23 37
3 Zirə 20 10 5 5 27-19 35
4 Qəbələ 21 9 7 5 31-27 34
5 Sabah 21 9 2 10 28-27 29
6 Keşlə 21 5 5 11 23-31 20
7 Sumqayıt 20 3 5 12 12-32 14
8 Səbail 21 3 2 16 13-44 11

 

Bombardirlər:

Davit Volkov ("Zirə") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 7 qol
Kadi Borqes ("Qarabağ") - 6 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol
İsnik Alimi ("Qəbələ") - 6 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right