Murad Musayev: "Daha da yaxşı ola bilərik"

"Sabah" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçsinin baş məşqçisi Murad Musayev açıqlama verib:

- Topa yaxşı nəzarət edirdik. İlk hissənin ortalarında iki qol vurduq. Bu, bizə müəyyən mənada inam verdi. Pressinqimiz yaxşı alınırdı. Amma keçidlərdə keyfiyyəti daha da artırmalıyıq. Xoş haldır ki, rəqib qapımız qarşısında çox da təhlükəli vəziyyətlər yarada bilmədi. Amma daha da yaxşı ola bilərik. Məşq proseslərində bunun üzərində daha çox işləməyə çalışacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right