"Neftçi"dən Türkiyənin I Liqa klubuna Görüşüb danışdılar

"Neftçi"nin nigeriyalı vingeri Yusuf Laval Türkiyənin I Liqa klubuna təklif olunub.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, afrikalı yarımmüdafiəçinin meneceri bu münasibətlə "Ümraniyespor"un rəsmiləri ilə görüşüb.

Burada Lavalın növbəti sezona Türkiyədə başlamaq perspektivi müzakirə edilib. Aşağı dəstə təmsilçisi onun transferinə az həvəs göstərmir.

Sadəcə, bunun üçün mayın sonunu gözləmək lazımdır.

"Ümraniyespor"un iddiası gələn "futbol ili"nə Super Liqada başlamaqdır. İstanbul təmsilçisi 29 turdan sonra 56 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Təbii ki, Lavalı havayı əldə etməyəcəklər. Nigeriyalının "Neftçi" ilə msüqaviləsinin gələn ilin yayında başa çatacağını xatırladaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right